Sonuncu yenilənmə: 17 may 2026
Mündəricat
- Təriflər
- Ümumi müddəalar
- Xidmətin təsviri
- Ödənişin yerinə yetirilməsi qaydası
- Ödəniş və komissiya
- İstifadəçinin öhdəlikləri
- Xidmətlərin göstərilməsi üzrə görülən tədbirlər
- Məsuliyyətin məhdudlaşdırılması
- Fərdi/məxfi məlumatların istifadə və ötürülməsi qaydası
- Məsuliyyət, mübahisələrin həlli
- Ödənişlərin geri qaytarılması şərtləri
- Digər şərtlər
- Əlaqə
«NAV.AZ» platformasından istifadə şərtləri (bundan sonra — Şərtlər).
Təriflər
- Operator — «NAV.AZ» platformasının mülkiyyətçisi və həmin Platformaya tam müəlliflik hüququna malik olan «APİ SOLUTİONS» MMC-dir (VÖEN: 6403731651, Faktiki ünvanı: AVA Business Center).
- İstifadəçi — Şərtlərə uyğun verifikasiyanı keçmiş və Platformadan istifadə edən fiziki/hüquqi şəxsdir.
Şərtlərin 1-ci bölməsində müəyyən edilməyən terminlərdən də istifadə oluna bilər. Bu halda, bu cür terminin izahı Şərtlərin mətninə uyğun olaraq həyata keçirilir. Şərtlərin mətnində terminin birmənalı izahı olmadığı halda, terminin aşağıdakı qaydada müəyyən edilmiş izahını rəhbər tutmaq lazımdır: ilk növbədə — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş izahı, ikinci növbədə — Servisdə müəyyən edilmiş izahı, daha sonra isə — İnternet şəbəkəsində formalaşmış (ümumi istifadədə olan) izahıdır.
1. Ümumi müddəalar
1.1. Bu Şərtlər Platformada əks edilən texniki funksionallıqdan istifadə qaydalarını tənzimləyir və İstifadəçi həmin funksionallıqdan istifadə etməklə bu Şərtləri qeyd-şərtsiz qəbul etməyi təsdiq edir.
2. Xidmətin təsviri
2.1. Platforma onlayn ödənişlərin həyata keçirilməsi üzrə texniki dəstək göstərir.
2.2. İstifadəçi qəbul edir ki, Platforma vasitəsilə mal və ya xidmətin satışı həyata keçirilmir və ödənişlər birbaşa Platforma tərəfindən icra olunmur. Ödənişlərin həyata keçirilməsi Operator tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik olan üçüncü şəxs(-lər) tərəfindən həyata keçirilir və Operator Platforma vasitəsilə bu əməliyyatlara ancaq texniki dəstək göstərir və ödəniş əməliyyatlarının iştirakçısı deyil.
2.3. Platforma vasitəsilə aşağıdakı qurumlara ödənişlər qəbul olunur:
- DİN — Daxili İşlər Nazirliyi (yol hərəkəti cərimələri);
- AYNA — Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi;
- BNA — Bakı Nəqliyyat Agentliyi (köhnə formatlı protokollar);
- İSB — İcbari Sığorta Bürosu;
- Platformada əks olunan digər ödənişlər.
2.4. Cərimə və ya sığorta məbləğinin hesablanması, qəbulu və status dəyişikliyi müvafiq qurumun səlahiyyətindədir.
3. Ödənişin yerinə yetirilməsi qaydası
3.1. Platformada qeydiyyat tələb olunmur. Ödənişin yerinə yetirilməsi üçün İstifadəçi:
- Müvafiq xidməti seçməli (DİN, AYNA, BNA, İSB və digər ödənişlər);
- Düzgün protokol və ya sənəd nömrəsini daxil etməli və ya xidməti seçməlidir;
- Bank kartı məlumatlarını təqdim etməli;
- Ödənişi təsdiqləməlidir.
4. Ödəniş və komissiya
4.1. Ödəniş Visa, Mastercard və ya digər dəstəklənən bank kartları, eləcə də Apple Pay, Google Pay vasitəsilə həyata keçirilə bilər.
4.2. Ödəniş əməliyyatına görə komissiya tutula bilər. Komissiya məbləği ödəniş səhifəsində açıqca göstərilir və ödəniş təsdiqlənmədən öncə İstifadəçinin diqqətinə çatdırılır.
4.3. Ödəniş uğurla tamamlandıqdan sonra məbləğ dərhal müvafiq dövlət qurumunun hesabına köçürülür və İstifadəçiyə elektron qəbz təqdim edilir.
5. İstifadəçinin öhdəlikləri
5.1. İstifadəçi Platformanın funksionallığından istifadə edərək aşağıdakı tələbləri yerinə yetirməlidir:
- Düzgün və dəqiq protokol/sənəd nömrəsi daxil etməlidir;
- Yalnız özünə məxsus və ya istifadə hüququ olan bank kartlarının məlumatlarını daxil etməlidir;
- Platformadan qanunsuz məqsədlər üçün istifadə etməməlidir;
- Ödənişdən öncə bütün məlumatları (məbləğ, protokol nömrəsi) yoxlamalıdır;
- Saxtakarlıq və ya başqasının kartından icazəsiz istifadə hallarına yol verməməlidir.
5.2. İstifadəçinin bu Şərtlərinin pozulması nəticəsində İstifadəçiyə vurulmuş zərərə görə Operator məsuliyyət daşımır.
5.3. İstifadəçi təsdiq edir ki, bu Şərtləri pozduğu halda Operator heç bir xəbərdarlıq etmədən İstifadəçinin Platformanın funksionallığından istifadə imkanını məhdudlaşdıra bilər.
6. Xidmətlərin göstərilməsi üzrə görülən tədbirlər
6.1. Operator ödənişlərin təhlükəsiz keçirilməsi üçün aşağıdakı tədbirləri görür:
- Ödəniş əməliyyatlarının təhlükəsiz yerinə yetirilməsi üçün müvafiq texniki dəstək təmin edir;
- SSL şifrələmə, 3D Secure və PCI DSS standartlarına riayət edir;
- İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini qoruyur;
- Texniki dəstək xidmətini həftə içi 5 gün 10:00 — 18:00 saatlarında təmin edir;
- Sistem nasazlıqları halında məlumatlandırma və problemi tez bir zamanda həll edir.
7. Məsuliyyətin məhdudlaşdırılması
7.1. Operator aşağıdakı hallarda Platformanın funksionallığından istifadəsi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşımır:
- İstifadəçinin yanlış protokol/sənəd nömrəsi daxil etməsi nəticəsində baş verən səhv ödənişlər;
- Bank və ya ödəniş emal sistemləri tərəfindən baş verən gecikmələr;
- Müvafiq dövlət qurumunun ödənişin qəbulunda və ya statusun yenilənməsində gecikməsi;
- İstifadəçinin internet bağlantısı və ya cihazı ilə bağlı texniki problemlər;
- Fors-major halları (təbii fəlakətlər, dövlət qərarları və s.).
8. Fərdi/məxfi məlumatların istifadə və ötürülməsi qaydası
8.1. Operator Platformanın funksionallığının təmin edilməsi və İstifadəçilər tərəfindən ödənişlərin həyata keçirilməsi üzrə texniki xidmətin göstərilməsi məqsədilə İstifadəçinin təqdim etdiyi fərdi məlumatlarından istifadə edə bilər və eyni məqsədlər üçün üçüncü şəxslərə ötürə bilər.
8.2. İstifadəçi qəbul edir ki, Platforma funksionallığından istifadə etməklə təqdim edilmiş fərdi/məxfi məlumatların istifadə qaydası və şərtləri «Məxfilik siyasəti»-də qeyd olunan şərtlərinə uyğun olaraq keçirilir.
9. Məsuliyyət, mübahisələrin həlli
9.1. Operator ödənişlərin həyata keçirilməsi zamanı ancaq düzgün texniki dəstəyin göstərilməməsinə görə məsuliyyət daşıyır.
9.2. Tərəflər arasında yaranan mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir. Razılıq əldə olunmadığı halda mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəməyə təqdim olunur.
9.3. İstifadəçi qəbul edir ki, istənilən halda hər bir mübahisə üzrə Operatorun maddi məsuliyyəti 100 (bir yüz) manat məbləği ilə məhdudlaşdırılır.
10. Ödənişlərin geri qaytarılması şərtləri
10.1. İstifadəçi qəbul edir ki, Platforma funksionallığından istifadə etməklə həyata keçirilmiş ödənişlərin geri qaytarılması qaydası və şərtləri «Geri qaytarma siyasəti»-də qeyd olunan şərtlərinə uyğun olaraq keçirilir.
11. Digər şərtlər
11.1. İstifadəçi təsdiq edir ki, onun fəaliyyət qabiliyyəti var və o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Şərtlərlə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi üçün zəruri olan yaşa çatıb.
11.2. Operator istənilən zaman bu Şərtlərin mətnində birtərəfli qaydada dəyişiklik edə bilər. Bu cür dəyişikliklər Platformada nəşr olunduğu andan etibarən qüvvəyə minir.
12. Əlaqə
12.1. Şərtlər ilə bağlı suallar və şikayətlər üçün:
- Telefon: +994705122352
- İş saatları: Həftə içi 5 gün 10:00 — 18:00
- Sayt: nav.az
- Elektron poçt: [email protected]