Sonuncu yenilənmə: 29 aprel 2026
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar NAV.AZ platformasının (bundan sonra — Platforma) texniki dəstəyi vasitəsi ilə keçirilmiş onlayn ödənişlərin geri qaytarma şərtlərini və prosedurunu müəyyən edir.
1.2. Siz Platformada qeydiyyatdan keçməklə və ya Platforma vasitəsilə ödəniş etməklə hazırkı Qaydaları qəbul etməyinizə dair razılıq verirsiniz.
2. Geri qaytarma halları
2.1. Platformanın texniki dəstəyi ilə keçirilmiş ödənişlərin aşağıdakı hallarda geri qaytarılması mümkündür:
- İkili ödəniş: eyni protokol və ya sənəd nömrəsi üçün təkrarən ödəniş edildikdə;
- Texniki səhv: sistem xətası nəticəsində ödəniş yerinə yetirilmədikdə, lakin məbləğ kartdan çıxıldıqda;
- Ödəniş təsdiqlənməyib: kartdan məbləğ çıxıldıqda, lakin müvafiq dövlət qurumu tərəfindən ödəniş kimi qəbul olunmadıqda;
- Yanlış ödəniş: səhv protokol/sənəd nömrəsinə ödəniş edildikdə və müvafiq qurum tərəfindən rədd edildikdə.
3. Müraciət qaydası
3.1. Ödənişin geri qaytarılması üçün Siz texniki dəstəyə telefon və ya elektron müraciət vasitəsilə əlaqə saxlayaraq aşağıdakı məlumatları təqdim etməlisiniz:
- Qəbz nömrəsi və ya əməliyyat nömrəsi (transaction ID);
- Ödəniş tarixi və saatı;
- Ödənilmiş məbləğ;
- Geri qaytarma səbəbi (qısa izahat);
- Bank kartının ilk 6 və son 4 rəqəmi (təhlükəsizlik üçün tam nömrə tələb olunmur).
3.2. 2 (iki) iş günü ərzində müraciətiniz nəzərdən keçirilir və Sizə cavab təqdim edilir.
3.3. Müraciət müsbət qiymətləndirildikdə geri qaytarılma prosesi başladılır və məbləğ ödəniş edilmiş eyni karta köçürülür.
4. Geri qaytarma müddəti
4.1. Geri qaytarma müddəti banklar arası əməliyyat müddətindən asılıdır:
- Yerli bank kartı ödəniş təyinatını banka məxsus etdiyi halda: 1 — 3 iş günü;
- Yerli bank kartı ödəniş təyinatının banka məxsus olmadığı halda: 5 — 10 iş günü;
- Ödəniş xarici bank kartı vasitəsilə həyata keçirildiyi halda: 10 — 30 iş günü.
4.2. Məbləğ yalnız ödəniş edilmiş eyni bank kartına geri qaytarılır. Başqa karta, bank hesabına və ya nağd ödəniş şəklində geri qaytarma həyata keçirilmir. Əgər kartınız bağlanıb və ya etibarsızdırsa, kartınızı bərpa etmək üçün bankınızla əlaqə saxlamalısınız.
5. Əlaqə
5.1. Geri qaytarma ilə bağlı suallarınız və müraciətləriniz üçün:
- Telefon: +994705122352
- İş saatları: Həftə içi 5 gün 10:00 — 18:00
- Sayt: nav.az
- Elektron poçt: [email protected]